Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 937,658 milyon manat sığorta haqqı yığılıb.
Bu barədə Finss.az Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 104,4 milyon manat və ya 12,5% çoxdur.
2025-ci ilin ilk yeddi ayında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 529,307 milyon manat sığorta ödənişi edilib.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 90,7 milyon manat və ya 20,7% artım deməkdir.
Fuad Mədətov
Finss.az